• 19 Aprel 2024
logo
Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayır

Agentlik tibb müəssisələrində kadr məsələləri ilə bağlı təlimlərə başlayır

Quba rayon Mərkəzi Xəstəxanasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən “Kadr məsələlərinin tənzimlənməsi” mövzusunda təlim keçirilib.
Agentlikdən verilən məlumata görə, təlimdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Ağsu və Xızı rayonlarında fəaliyyət göstərən tibb müəssisələrinin kadr məsələləri üzrə məsul əməkdaşları iştirak ediblər.
Təlim tibb müəssisələrinin icbari tibbi sığorta sisteminə keçidi ilə bağlı məsul əməkdaşları kadrlar sahəsində fəaliyyətlərinin təşkilinə dair məlumatlandırmaq və təlimatlandırmaq məqsədi ilə təşkil olunub.
Təlimdə Agentliyin yaradılması, fəaliyyəti, icbari tibbi sığorta ilə bağlı ümumi məlumatlar və tibb müəssisələrində insan resurslarının idarə edilməsi prosesinin təşkili istiqamətində mövcud qanunvericilik üzrə tövsiyələr verilib.
Bu istiqamətdə təlimlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.