• 19 Mart 2024
logo
AVMVİB-dən polkovnik-leytenanta təbrik

AVMVİB-dən polkovnik-leytenanta təbrik

Bu gün ehtiyatda olan polkovnik-leytenant Araz Söhrabi Arazinin doğum günüdür.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Araz Söhrabini doğum günü münasibətilə təbrik edib, möhkəm cansağlığı diləyib.

Qeyd edək ki, Söhrabi Araz Abdulla oğlu 23 oktyabr 1963-cü ildə Gəncə şəhərində anadan olub.

1981-ci ildə orta məktəbi, 1989-cu ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə filialını, 2000-ci ildə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbi (Zabitlərin təhkimləşdirmə kursunu) bitirib.

Araz Söhrabi Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bas İdarəsinin Gəncə şəhərində, Hacıqabul rayonunda yerləşən hərbi hissələrdə avtomobil və zirehli texnika böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, Avtomobil və Zirehli texnika böluk komandiri, Avtomobil və Zirehli texnika xidmət rəisi, hərbi hissə komandirinin maddi-texniki təminat xidmətləri üzrə müavinin vəzifələrində xidmət edib.

Peşəkarlığı və humanistliyi, nəzəri və praktiki biliyi, işgüzarlığı, yüksək mənəvi keyfiyyətləri, dəqiqliyi, təmkinliyi, sadəliyi və səmimiyyəti ilə seçilən polkovnik-leytenant Araz Söhrabi ömrünün ən məhsuldar dövrünün 24 ildən çoxunu hərbi xidmətdə kecirib.

Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyyətin təmin edilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib.

Araz Söhrabi Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsin hərbi hissələrində xidmət etdiyi illər ərzində xidməti vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, hərbi hissə komandirlərinin müfaviq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları, pul mükafatları, fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırlıb.

Araz Zöhrabi xidmətdə fəriqləndiyinə görə, Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə Qüsursuz xidmətə görə 1-ci, 2-ci, və 3-cü dərəcəli medalları, həmçinin Silahlı Qüvvələrin yaranmasının 100, 90 və 95-ci ildönümlərinin yubiley medaları ilə təltif edilib.

Azərbaycan Respubilkası Prezidentinin 15 mart 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların yaradılmasının ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiyinə, döyüş zamanı igidlik göstərdiyinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə “Hərbi xidmətlərə görə» medalla təltif edilib.