• 8 Dekabr 2021
logo
Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Bakıda daha bir məktəb koronavirusa görə bağlanıb

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən məlumata görə, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.