• 19 Mart 2024
logo
Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlanıb

İndiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub.
Bu barədə Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında bildirlir.
I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.