• 26 Aprel 2024
logo
"Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin sayı açıqlanıb

"Şəhid ailəsi üzvü" vəsiqəsi verilən şəxslərin sayı açıqlanıb

“Şəhid ailəsi üzvü” vəsiqəsinin verilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən həyata keçirilir.
Agentlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin dekabr ayından bu günədək şəhid ailələrinin üzvləri olan 6 253 şəxsə həmin vəsiqə Agentliyinin ərazi filialları və Bakı DOST mərkəzləri tərəfindən təqdim olunub.