• 24 Aprel 2024
logo
ƏƏSMN: Qadınların əməyinin qadağan edildiyi peşə və işlərin siyahısı yenidən nəzərdən keçirilir

ƏƏSMN: Qadınların əməyinin qadağan edildiyi peşə və işlərin siyahısı yenidən nəzərdən keçirilir

“Ölkə əhalisinin 50 faizindən bir az artığını qadınlar təşkil edir. Məşğul əhalinin isə 48 faizi qadınlardır”.
APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda deyilib.
O bildirib ki, qadınlarla bağlanmış əmək müqavilələrinin 70 faizi dövlət sektorundadır: “Yeni Məşğulluq Strategiyası hazırlanır. Burada qadınların rolu xüsusi yer tutur. Paralel olaraq bu sahədə müxtəlif ekspertlərlə işlər də davam edir. Hazırda BMT tərəfindən əlilliyi olan qadınların sosial rifahının təmin edilməsi ilə bağlı tədbirlər davam edir. Bu gün bir sıra qadınların əməyinin qadağan edildiyi peşə və işlərin siyahısı yenidən nəzərdən keçirilir. Mərhələli şəkildə bu siyahıda yer alan iş yerlərinin, peşələrin ləğvi nəzərdə tutulur”.
A.Kərimov ölkədə gender bərabərliyinin təmin edilməsi ilə bağlı iki yeni sənədin də mövcud olduğunu vurğulayıb: “Bunlar 2022-2028-ci illər üzrə sosial müdafiə ilə bağlı milli strategiya və məişət zorakılığı ilə bağlı strategiyada əksini tapıb. Növbəti illər ərzində də bu sahədə tədbirlər davam etdiriləcək”.