• 19 Aprel 2024
logo
DSMF-yə hərbi qulluqçularla bağlı daha bir səlahiyyət veriləcək

DSMF-yə hərbi qulluqçularla bağlı daha bir səlahiyyət veriləcək

"Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi filialı hərbi qulluqçulara yalnız pensiya təyinatının həyata keçirilməsi və xidmətdə olan hərbi qulluqçulara sosial müavinətlərin ödənilməsini həyata keçirir".
Bunu Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının direktoru Şahin Əliyev bildirib.
Hərbi qulluqçulara sığorta haqqının ödənilməsinə gəldikdə isə, Ş. Əliyev deyib ki, bu, DSMF-nin öhdəliyində deyildi, “Azərsığorta” adlı qurumun səlahiyyətlərinə aid idi: “Yaxın gələcəkdə isə Fondun səlahiyyətlərinə aid edilməsi nəzərdə tutulub”.