• 19 Mart 2024
logo
20 nömrəli məktəb-lisey bağlanıb, 20 şagird, 15 müəllimdə koronavirus aşkarlanıb

20 nömrəli məktəb-lisey bağlanıb, 20 şagird, 15 müəllimdə koronavirus aşkarlanıb - YENİLƏNİB 

Paytaxtdakı 20 nömrəli məktəb-liseyin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil idarəsindən verilən xəbərə görə, 20 nömrəli məktəb-liseyin 20 şagirdi və 15 müəlliminin COVİD-19 infeksiyasına yoluxması təsdiq olunub. Həmçinin COVİD-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 20 nömrəli məktəb-liseydə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.
***
13:01

Bakı şəhəri 20 nömrəli məktəb-lisey distant təhsilə keçib.
Məktəbdə müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma qeydə alındığından sabahdan dərslərin distant formada keçirilməsinə qərar verilib.