• 19 Mart 2024
logo
Sahil Babayev: “Azərbaycanda ən çox fəaliyyət göstərən Türkiyə şirkətləridir”

Sahil Babayev: “Azərbaycanda ən çox fəaliyyət göstərən Türkiyə şirkətləridir”

“Azərbaycanda ən çox fəaliyyət göstərən Türkiyə şirkətləridir, xarici ölkələrin vətəndaşları içərisində ən çox kvota Türkiyə vətəndaşlarına ayrılıb”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilginin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı bildirib.
Nazir deyib ki, Azərbaycanda 4000-dən çox Türkiyə vətəndaşı əmək müqaviləsi ilə çalışır: "Azərbaycan da ən çox xarici investisiyanı Türkiyədə qoyub. Sosial müdafiə, məşğulluq məsələlərində əsasən Türkiyə təcrübəsini öyrənmişik".
Nazir əmək, məşğulluq və sosial sahədə Türkiyə ilə 5 saziş imzalandığını deyib.