• 29 Mart 2024
logo
“Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır

“Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır

“Bütün demokratik ölkələrdə olduğu kimi, sosial sahənin inkişaf, hər bir vətəndaşın sosial müdafiəsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri sayılır. Azərbaycan dövlətinin ali məqsədi öz vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaqdır”. Xalqcəbhəsi.az-ın məlumatına görə, bunu Diasporun Fəaliyyətinə Dəstək İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.
Onun sözlərinə görə, əhalinin aztəminatlı təbəqələrinə kömək göstərilməsi dövlətin apardığı sosial siyasətin başlıca istiqamətidir: “Bu baxımdan əhalinin sosial müdafiəsi sahəsində qanunlar qəbul edilmiş, Prezidentin saysız fərman və sərəncamları olmuşdur. Bu gün mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının sosial-iqtisadi mühitinə uyğunlaşdırmaqla yenidən qurulması dövlətin sosial siyasətinin strateji xətti kimi müəyyənləşdirilmişdir.
Ölkəmizdə dövlət rəhbərliyi tərəfindən həyata keçirilən sosial siyasət uğurla davam etdirilməkdədir. Son zamanlar dövlətin əhalinin sosial müdafiəsinin güclənməsi istiqamətində atdığı addımlar daha da intensivləşib. Belə ki, Prezidentin bu gün imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycan Respublikasında əhalinin maddi güzəranını yaxşılaşdırmaq və sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır”.
Fuad Hüseynzadəd deyib ki, bu Sərəncam aztəminatlı əhalinin sosial rifahının qorunmasını təmin edir: “Bütün bunlar Azərbaycan dövlətinin əhalinin sosial rifahının inkişafına diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən iqtisadi inkişaf nəticəsində vətəndaşlarımızın rifah halının yüksəldilməsinə xidmət edən sosial siyasət daha geniş şəkildə tətbiq olunmaqdadır. Görüdüyü kimi, əhalinin sosial müdafiəsinin təşkili iqtisadi inkişafın əsas məqsədidir. Beləliklə bu gün Azərbaycan hakimiyyətinin sosial sahədə həyata keçirdiyi uğurlu siyasət, aparılan islahatlar nəticə etibarilə bütün təbəqələrdən olan vətəndaşların sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına xidmət edir”.

Əli