• 19 Mart 2024
logo
Nazir müavini: "Azad edilmiş ərazilərdəki su ehtiyatlarından istifadə üçün layihə hazırlanır"

Nazir müavini: "Azad edilmiş ərazilərdəki su ehtiyatlarından istifadə üçün layihə hazırlanır"

"Ərazilərimizin işğaldan azad olunması su probleminin həllinə böyük dəstək olub. Həmin ərazilərin ümumi su ehtiyatları 2 milyard kub metrə yaxındır".
Bunu "Zeytun bağları"na media tur zamanı ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.
Onun sözlərinə görə, bu, gələcəkdə bölgənin içməli su ilə təminatına, əkin sahələrinin suvarılmasına kömək edəcək: "Sərsəng, Köndələn çay üzərindəki su anbarı və Tərtər çayının su ehtiyatlarından istifadə edilməsi bölgə üçün böyük imkanlar yaradır. İşğaldan azad edilmiş ərazilərdə əhalinin şirin su ehtiyatlarından istifadəsi üçün həmin mənbələrdən istifadə ediləcək. Bununla bağlı layihələr hazırlanmaqdadır".
Nazir müavini deyib ki, növbəti illərdə Bərgüşad çayı üzərində su anbarlarının tikilməsi və Ağdam, Füzuli şəhərlərinin su təchizatı ilə təmin olunması ilə bağlı layihələr nəzərdə tutulur: "Bunlar çox bahalı layihələrdir. Dövlət investisiyası cəlb olunduqca növbəti illərdə onların nəticələrini də görəcəyik".