• 19 Mart 2024
logo
Firdovsi Əliyev: “Cəbrayılda dostluq meşəsi salınacaq”

Firdovsi Əliyev: “Cəbrayılda dostluq meşəsi salınacaq”

"Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin bizə böyük dəstəyi var. Cəbrayılda dostluq meşəsinin və tinglik təsərrüfatının salınması nəzərdə tutulur".
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərin “Zeytun bağı”na media turu zamanı açıqlamasında bildirib.
Onun sözlərinə görə, eyni zamanda, regionda analoqu olmayan böyük təlim-tərbiyə müəssisəsinin yaradılması nəzərdə tutulub: “Burada meşə mütəxəssisləri hazırlanacaq, eyni zamanda, ixtisas artımı və digər kompleks tədbirlər həyata keçiriləcək. Ümumilikdə Cəbrayılda və digər yerlərdə işlərə başlamışıq”.
Nazir müavini deyib ki, yaz-əkin mövsümünə Zəngilandan başlanılıb. Onun sözlərinə görə, payız əkin mövsümündə də ağacların əkilməsi nəzərdə tutulub.