• 4 Dekabr 2021
logo
Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun anım günü qeyd olunub

Vətən Müharibəsi şəhidi Məmmədov Rövlan Qurban oğlunun anım günü qeyd olunub

Oktyrabrın 15-də şəhid Məmmədov Rövlan Qurban oğlunun anım günü ilə əlaqədar 194 saylı tam orta məktəbdə tədbir keçirilib. Həmçinin şəhidin xatirə bulaq kompleksi və məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı üzərinə əklil və tər güllər düzülüb.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov çıxış edərək bildirib ki, Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızın hərbi döyüşlərlə azad edilməsi oldu. Uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində və yaddaşında əbədi yaşayacaq.
Çıxış edən 194 saylı məktəbin direktoru Elnarə Zeynalova şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açılıb.
Daha sonra şagirdlərin ifasında ədəbi-bədii kampazisiya təqdim olunub.
Şəhidin anası göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.