• 2 İyul 2025
logo
Azad olunmuş ərazilərdə çirklənmiş çayların necə təmizlənəcəyi açıqlanıb

Azad olunmuş ərazilərdə çirklənmiş çayların necə təmizlənəcəyi açıqlanıb

"İşğaldan azad olunmuş ərazilərdə çirklənmiş çayların biofiltrlər vasitəsilə təmizlənməsi pilot layihəsinin həyata keçirilməsi nəzərdə tutulub".
Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 9 ayın yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, layihə çərçivəsində əkin sahələrinin suvarılmasında istifadə ediləcək suyun toksiki maddələrdən bioloji əsaslı filtrlər vasitəsilə təmizlənməsi həyata keçiriləcək.