• 1 Oktyabr 2022
logo
Nazir müavini: "Növbəti mərhələdə digər əhali kontingenti də 3-cü doza peyvəndə cəlb olunacaq"

Nazir müavini: "Növbəti mərhələdə digər əhali kontingenti də 3-cü doza peyvəndə cəlb olunacaq"

“3-cü doza(buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.
Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır: “Ona görə tövsiyə etmişik ki, ilk növbədə 50 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.