• 19 Sentyabr 2019
logo
add image
Sabahdan Bakıda havanın temperaturu enəcək

Sabahdan Bakıda havanın temperaturu enəcək

Bakı. İlhamə İsabalayeva - Trend:
İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcək.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, Bakını və Abşeron yarımadasını kəskin istilərdən "xilas" edən arabir güclənən şimal küləyi iyunun 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq.
U.Tağıyeva qeyd edib ki, növbəti isti günlərin iyunun 28-29-da olacağı gözlənilir.
İyunun 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək. İlkin proqnoza görə, iyul ayının ilk günləri nisbətən sərin keçəcək.