• 23 Aprel 2024
logo
Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır.
Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.