• 4 Oktyabr 2022
logo
Vətən müharibəsi qəhrəmanlarının əmək haqqından vergiyə güzəşt müəyyənləşib

Vətən müharibəsi qəhrəmanlarının əmək haqqından vergiyə güzəşt müəyyənləşib

Nazirlər Kabineti “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nda dəyişiklik edib.
Dəyişikliyə əsasən, Vətən müharibəsi qəhrəmanlarının əmək haqqından tutulan vergiyə güzəşt hesablanacaq.
Vətən müharibəsi qəhrəmanları əmək haqqından tutulan vergi hesablanarkən güzəşt hüququ almaq üçün Vətən müharibəsi Qəhrəmanının təltif edilmə barədə vəsiqəni təqdim etməlidir.