• 23 Aprel 2024
logo
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək

Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də saat 18:30-dan 20:30-dək Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, orkestrlər müəyyən edilmiş 6 yerdə - Dənizkənarı Milli Parkın Azadlıq meydanının qarşısında və Azneft meydanı qarşısındakı Dövlət Bayrağının önündəki hissələrində, Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında və Zabitlər parkında çıxış edəcək.