• 12 İyul 2025
logo
"Onlara yüksək maaşlı iş təklif olunsa əllillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz"

"Onlara yüksək maaşlı iş təklif olunsa əllillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz" - deputat

"Müharibə iştirakçılarının sosial vəziyyətini, işsizlik problemini nəzərə alaraq onlara yüksək maaşlı iş təklif olunsa, inanıram ki, əllillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz güzəranının yaxşılaşdırılmasına yönəlik əlavə tədbirlər görmıliyik. Xalqcəbhəsi.az xəbər verir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı deputat Razi Nurullayev səsləndirib. O, bildirib ki, bu layihəni mövcud sosial təminatlara dair qanunlara əlavə kimi hazırlayıb təqdim etmək istəyirəm: "Məqsəd müharibə iştirakçılarının peşə təhsilinə, ali təhsilə, sənətkarlığa və məşğulluğa cəlb edilməsidir. Səfərbərlik və könüllü müharibə iştirakçılarının əksər hissəsi təhsilsiz, peşəsiz və sənətsizdir.
Proqram birinci və ikinci Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin hamısının problemlərinə köklü yanaşaraq həll edilməsidir. Biz onlara küçə süpürtdürə bilmərik axı. Hətta, məşğulluq proqramı çərçivəsində verilən mal-heyvan, qoyun-quzu saxlamaqda belə çətinlik çəkirlər. Niyə?
Çünki, onlara təklif olunan məşğulluq sahələri içərisində ən asanı mal-heyvan almaqdır. Hər rayonda isə bu tip məşğulluğu 2-3 min şəxs növbəyə dayanıb. Yeganə çarə onlara peşəyə və təhsilə cəlb etməkdir.
Müharibə iştirakçılarına cavab vermək olmur, hamısı iş istəyir, çörək tələb edir. Yaralı müharibə iştirakçılarının çoxu əliilik dərəcəsi almaq istəyir. Əgər onlara yüksək maaşlı iş təklif olunsa, inanıram ki, əllillik dərəcəsi almaq üzərində bu cür savaş başlamaz. Çıxış yolu isə dövlət proqramı vasitəsilə onların əksəriyyətinin peşəyə və təhsilə cəlb edilməsidir".
Əli