• 25 Aprel 2024
logo
Rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq

Rütubətli hava meteohəssas insanlarda narahatlıq yaradacaq - PROQNOZ 

Sentyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb.
ETSN-dən bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 15-17°, gündüz 19-21°, Bakıda gecə 15-17° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Sentyabrın 29-30-da Abşeron yarımadasında tutqun və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.