Anım günü münasibətilə Laçın rayonunun Ağoğlan məbədində mərasim təşkil olunub
27 Sentyabr - Anım günü münasibətilə Laçın rayonundakı Ağoğlan məbədində mərasim təşkil olunub.
Alban-Udin Xristian İcmasının sədri Robert Mobilinin rəhbərliyi ilə keçirilən mərasimdə şəhidlərin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub.