• 26 Aprel 2024
logo
Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub - FOTO

Tərtərdə "Vətən bağı - Şəhidlər parkı"nın təməli qoyulub.
APA-nın yerli bürosu xəbər verir ki, rayonun Şıxarx kəndində keçirilən mərasimdə yüzə yaxın şəhid ailəsi, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak edib.
Layihə rəhbəri, sosial fəal Emin Tarverdiyev jurnalistlərə açıqlamasında ümumi sahəsi 3 hektar olan parkda hər şəhidin xatirəsinə bir ağac əkiləcəyini, burada dəmir yumruq və Xarı bülbül heykəlinin ucaldılacağını bildirib.
Tərtər rayon icra hakimiyyətinin dəstəyi ilə inşa edilən Xatirə parkının açılışı zəfər günü keçiriləcək.