• 18 Aprel 2024
logo
NK: Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir

NK: Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir

2022-ci ildə dövlət satınalmalarının şəffaflığı və effektivliyinin təmin edilməsi istiqamətində işlər davam etdiriləcək.
Bu, Nazirlər Kabinetinin 2022-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə həsr olunmuş geniş iclasında bildirilib.
Qeyd edilib ki, şişirdilmiş qiymətlərlə satınalmaların qarşısının qətiyyətlə alınması məqsədilə müvafiq addımlar atılacaq. Tenderlər zamanı müqavilələrin bir mənbə ilə bağlanması hallarının tez-tez baş verdiyi vurğulanaraq bunun qəbuledilməz olduğu bildirilib.