• 19 Mart 2024
logo
Anım Günü Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndə Azərbaycan bayrağı proyeksiya olunacaq

Anım Günü Heydər Əliyev Mərkəzi və “Alov qüllələri”ndə Azərbaycan bayrağı proyeksiya olunacaq

Anım Günündə axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.
Bu barədə Təşkilat Komitəsindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən də anım tədbirləri keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.