• 23 Aprel 2024
logo
Anım Günü saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Anım Günü saat 12:00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

Sentyabrın 27-də Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad ediləcək.
Təşkilat Komitəsindən verilən məlumata görə, Anım Günündə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.
Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.