• 19 Mart 2024
logo
Bu il 1731 nəfər daxil olduğu ali məktəbdə oxumaqdan imtina edib

Bu il 1731 nəfər daxil olduğu ali məktəbdə oxumaqdan imtina edib

Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərdən 44 111 nəfər daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçib.
Bu barədə Təhsil Nazirliyindən sorğusuna cavab olaraq bildirilib.
Qeyd edək ki, ixtisas seçiminin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə 44 861 nəfər, boş qalan plan yerlərinə müsabiqə nəticəsində isə 981 nəfər qəbul olunub. Beləliklə, ümumilikdə 45 842 abituriyent ali təhsil müəssisələrinə qəbul edilib. 1731 nəfər isə daxil olduğu ali məktəbdə qeydiyyatdan keçməyib.
Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir.