• 19 Mart 2024
logo
ÜST Ədliyyə Nazirliyinə 300 min tibbi maska verib

ÜST Ədliyyə Nazirliyinə 300 min tibbi maska verib

COVID-19-la mübarizəyə dəstək məqsədilə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyi 300 min tibbi maskanı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə təhvil verib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən bildirilib ki, bu yardım Almaniya hökumətinin ÜST vasitəsilə COVID-19 pandemiyasının təsirinə məruz qalmış ölkələr üçün ayırdığı 121 milyon maska tədarükünün tərkib hissəsidir. Qeyd edək ki, sözügedən tibbi ləvazimatdan 926 min ədəd tibbi maska Azərbaycana göndərilib.
Tədbirdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti generalı Dr Rəfail Mehdiyev iştirak edib və təhvil-təslim aktını imzalayıblar.
Qeyd edək ki, tibbi maskalar səhiyyə işçiləri və pandemiya dövründə mübarizənin ön cəbhəsində əhali ilə birbaşa təmasda olan şəxslərin istifadəsi üçün qeyri-hökumət təşkilatları da daxil olmaqla, yerli tərəfdaşlar arasında paylanacaq.