• 19 Mart 2024
logo
Azərbaycanda iki mərhələ üzrə COVID-19 əleyhinə peyvənd olunanların sayı 3,5 milyonu ötüb

Azərbaycanda iki mərhələ üzrə COVID-19 əleyhinə peyvənd olunanların sayı 3,5 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 62588 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46072 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8169473, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4668637, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3500836 təşkil edir.