• 26 Oktyabr 2021
logo
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 63 462 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 542, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 920 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 106 885, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 652 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 3 454 764 təşkil edir.