• 29 Mart 2024
logo
Səfir: “Litva ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir”

Səfir: “Litva ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir”

“Litva artıq ətraf mühitin qorunması sahəsində Azərbaycanla əməkdaşlıq edir”.
Bunu jurnalistlərə açıqlamasında Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas bildirib.
Səfir deyib ki, bu yay bu istiqamətdə uşaqlar üçün yay məktəbi təşkil ediblər, yay məktəbində İkinci Qarabağ müharibəsində valideynlərini itirmiş uşaqlar da iştirak ediblər: “Bu, uşaqların ətraf mühit, ekologiya ilə bağlı bilgilərini artırmağa yönəlmişdi. Düşünürəm ki, irəli baxmaq, yenidənqurma, ağaclar əkmək, ətraf mühitə kömək etmək vacibdir. Bunları hər yerdə, həmçinin Qarabağda etmək lazımdır”.