• 9 İyul 2020
logo
Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirilib - Yağışa görə

Bakı yollarında bəzi zolaqlar üzrə sürət həddi endirilib - Yağışa görə

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Heydər Əliyev-Hava limanı və Zığ dairəsi-Hava Limanı avtomagistrallarında bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə Trend Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Eyni zamanda elektron tablolarda sürüşkən yol işarəsi qoyulub.

Məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.