• 24 Aprel 2024
logo
"Bakcell" irimiqyaslı ekoloji aksiyaya qoşulub

"Bakcell" irimiqyaslı ekoloji aksiyaya qoşulub - FOTO 

“Bakcell” şirkəti bu il də Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Bakı çimərliklərində “Xəzəri qoruyaq” şüarı ilə keçirilmiş təmizlik aksiyasına qoşulub. Şirkətdən verilən məlumata görə, aksiyanın əsas məqsədi ölkədə ekoloji durumun yaxşılaşdırılması, əhalinin maarifləndirilməsi və ətraf mühitə məsuliyyətlə yanaşma prinsiplərini təbliğ etməkdir.
Azərbaycanın dövlət qurumları, həmçinin yerli və özəl şirkətlərinin birgə təşkilatçılığı ilə keçirilmiş bu aksiyanın əsas tərəfdaşlarından biri “Bakcell” olub.
1 000 nəfərdən çox könüllünün iştirakı ilə Xəzərin Bilgəh, Pirşağı, Goradil, Novxanı və Corat çimərliklərində keçirilən aksiyada 25 hektar ərazidən ümumilikdə 6,5 ton tullantı toplanılıb.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına müvafiq olaraq bütün iştirakçılar antiseptik vasitələrlə təmin olunub və aksiya sosial məsafənin qorunması, o cümlədən Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə mövcud məhdudiyyətlər nəzərə alınaraq təşkil edilib.
Qeyd edək ki, “Bakcell” şirkəti artıq uzun illərdir ardıcıl olaraq bu aksiyada iştirak edir. Bu hərəkata qoşulan ilk mobil operator kimi “Bakcell” ölkədə ekologiya sahəsində maarifləndirmə fəaliyyətinin həyata keçirilməsinə, ətraf mühitin və əhalinin sağlamlığının qorunmasına öz töhfəsini verir.