• 29 Mart 2024
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61657 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44431 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7925249, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4605958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3319291 təşkil edir.