• 25 Aprel 2024
logo
Xüsusi nümayəndə: “Şuşada istilik sistemləri bərpa olunur”

Xüsusi nümayəndə: “Şuşada istilik sistemləri bərpa olunur”

“Şuşada hər gün yeniliklər baş verir, infrastruktur bərpa edilir, tikinti işləri aparılır”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bildirib.
A. Kərimov deyib ki, qarşıdan qış mövsümü gəlir, Şuşada istilik sistemlərinin bərpasına başlanıb: “Prezidentin tapşırığına uyğun olaraq, aidiyyatı qurumlarla bu ilşin öhdəsindən 80-90 faiz gəlmişik. Yaxın bir ay ərzində həm enerji təchizatı, həm istilik təchizatı baxımından ilkin mərhələdə tələb olunan qurğular və avadanlıqlar istismara veriləcək”.