• 24 Aprel 2024
logo
BŞTİ müdiri: "Məktəblər Günəşdirsə, repetitorluq onun kölgəsidir"

BŞTİ müdiri: "Məktəblər Günəşdirsə, repetitorluq onun kölgəsidir"

"Dövlət təhsili müəssisələri Günəşdirsə, repetitorluq və digər kurs təhsilləri onun kölgəsidir. Günəş yoxdursa, onun kölgəsi də yoxdur. Bu, çox gözəl fikirdir. Bir binanın özülü yoxdursa, özülsüz binanı necə qaldırmaq olar? Mənə elə gəlir ki, təhsil müəssisələri özülü qoyur və binanı qaldırmağa çalışır”.
Bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun sözlərinə görə, şagirdlərin hərtərəfli inkişafı təhsil müəssisəsinin içində baş verir: “Pandemiya dövrü bizə bir sıra çətinliklərlə yanaşı, reallıqları da açıqladı. O reallıqlar XXI əsrin bacarıqlarıdır. Başa düşməliyik ki, gələcək inkişaf üçün kommunikativ, rəqəmsal, qərarvermə bacarıqları olan komandada işləmə bacarıqlarını məktəb daxilində həyata keçirə bilərik, repetitorluq sahəsində yox. Ona görə də mən tədris prosesini məktəbdə görürəm və onun effektivliyini heç nə ilə əvəz etmək istəmirəm".