• 29 Mart 2024
logo
Bakıda əks-göstəriş sertifikatı olan müəllimlərin məktəblərə buraxılmasında məhdudiyyətlər ola bilər

Bakıda əks-göstəriş sertifikatı olan müəllimlərin məktəblərə buraxılmasında məhdudiyyətlər ola bilər

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərdə iştirakında müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.
Bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, bu məhdudiyyət onların sağlamlığının qorunması məqsədi daşıyır: "Hazırda Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq. Əsas hədəfimiz səhhətində heç bir problem olmayan təhsil işçilərinin bəhanəsiz şəkildə vaksin olunmasıdır".