• 23 Aprel 2024
logo
Bakı məktəblərində ənənəvi jurnallar ləğv olunacaq

Bakı məktəblərində ənənəvi jurnallar ləğv olunacaq

Bakıda ötən tədris ilində 94 məktəbdə elektron jurnal tətbiq olunmuşdu. Yeni tədris ilində isə Bakının 215 məktəbində elektron jurnal və elektron gündəlikdən istifadə olunacaq.
Bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, müəyyən məktəblərdə ənənəvi jurnallar ləğv olunacaq, bəzi məktəblərdə isə paralel olaraq müvəqqəti olaraq həm elektron, həm də ənənəvi jurnal olacaq.
İdarə müdiri eyni zamanda, deyib ki, Bakı məktəblərində şagird sıxlığı mövcuddur: "Bu əsasən, demoqrafik hərəkətlə bağlıdır. Şagird sıxlığı daha çox Bakının Qaradağ, Xəzər, Pirallahı və Sabunçu rayonlarında qeydə alınır. Sıxlıq problemini həll etmək üçün dərsləri növbəli şəkildə keçiririk".