• 27 Oktyabr 2021
logo
ÜST peyvənd pasportları ilə bağlı çağırış etdi: belə olmasını istəmirik...

ÜST peyvənd pasportları ilə bağlı çağırış etdi: belə olmasını istəmirik...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda peyvənd pasportlarının səyahət şərtləri kimi tələb olunmasına qarşı çıxıb.
TASS xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi brifinqdə deyib.
"Peyvənd pasportlarının səyahət üçün şərt olaraq istifadə edilməsini istəmirik. Bunun səbəbi hazırda heç də hamının vaksin olunmamasıdır. Bu, ayrı-seçkilik üçün bir vasitə olacaq", - Qebreyesus bildirib.
ÜST-ün baş direktoru qeyd edib ki, gələcəkdə vaksin olunanların sayı artdıqca, bu ehtimal nəzərdən keçirilə bilər.