• 28 Noyabr 2021
logo
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sədr müavini təyin olunub

Təhsildə Keyfiyyət Təminatı Agentliyinə sədr müavini təyin olunub

Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.
Bu barədə Agentlikdən bildirilib.
Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə isə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.
2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində mextəlif vəzifələrdə çalışıb.