• 1 Dekabr 2021
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1107 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7236381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4359737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2876644 təşkil edir.