“Ümumiyyətlə, Covid-19-un uşaqlarda da xəstəlik törətməsi artıq məlumdur. Lakin, xəstəliyin ağırlıq dərəcəsi və gedişatı araşdırılarkən müxtəlif yaş qrupları arasında fərqli nəticələr müşahidə olunub”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında Səhiyyə Nazirliyinin ictimai səhiyyə və İslahatlar mərkəzinin həkim mütəxəssisi Könül İsmayılova deyib. Onun sözlərinə görə, ən yüngül-asimptomatik haldan başlayaraq daha ağır halların olması ilə bağlı məlumatlar var: “Hal-hazırda “Delta” ştammı yoluxma halları arasında dünyada daha çox üstünlük təşkil edir. Bunun yoluxuculuğunun əvvəlki variantlara nəzərən daha çox olmasına əsasən, yenə də diqqət etməli olduğumuz məqamlar var. Əllərin gigiyenasına mütləq şəkildə riayət etmək, maskalardan istifadə, qapalı məkanların havalandırılması, sinif otaqlarında mütəmadi olaraq dezinfeksiya aparılması və s profilaktik tədbirlərdən istifadə edilməklə yoluxma hallarının qarşısını almaq olar”.
Əli Zülfüqaroğlu