• 13 İyul 2025
logo
“Delta” ştammı uşaqlar arasında da yayılmaqdadır”

“Delta” ştammı uşaqlar arasında da yayılmaqdadır”

Nigar Əliyeva: “Hazırda bu ştammı ağır şəkildə keçirən uşaqlar var”

“Delta” ştammı uşaqlar arasında da yayılmaqdadır.Təəssüflə qeyd etməliyik ki, hal-hazırda bu ştammı nəinki orta-ağır, hətta ağır şəkildə keçirən uşaqlar var”. Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında həkim-infeksionist Nigar Əliyeva deyib. Onun sözlərinə görə, bu səbəbdən yeni tədris ilinin açılması ilə əlaqədər valideynləri daha diqqətli olmalıdırlar: “Valideynlər uşaqlarda maskadan istifadə, sosial məsafəni qoruma vərdişləri yaratsınlar. Hər hansı kliniki əlamət hiss etdikdə, dərhal həkimə müraciət etsinlər. Çünki hələ ki, bizim ölkədə uşaqların vaksinasiya prosesinə başlanılmayıb”.

Əli Zülfüqaroğlu