• 7 Dekabr 2021
logo
Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali məktəblərin vakant yerlərinə ixtisas seçimi başlayır

Bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayır.
Dövlət İmtahan Mərkəzinin məlumatına görə, ixtisas seçimi sentyabrın 6-dan 10-dək internet vasitəsilə aparılacaq.
Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.