• 6 Dekabr 2021
logo
Firuz Səxavət: “Səbirsizliklə Ağdamın bərpa olunacağı günü gözləyirəm”

Firuz Səxavət: “Səbirsizliklə Ağdamın bərpa olunacağı günü gözləyirəm”

“Ağdamda olan bu havaya bizi 30 il həsrət eləmişdilər. Allah onlara lənət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin, Allah Ali Baş Komandanın canın sağ eləsin ki, bu gözəl günləri bizə yaşatdı”.
Bunu Ağdama səfər edən xanəndə, muğam ustası Firuz Səxavət bildirib.
F. Səxavət çox sevindiyini və bütün ağdamlıların, bütün qarabağlıların öz evlərinə qayıdacağına əmin olduğunu vurğulayıb: “Əminəm ki, bütün Qarabağ səsləri yenə də dünyaya səs salacaq. O insanlar burda yaşamalıdır ki, o səs olsun. Ağdam tam yenidən qurulandan sonra burada təhsil müəssisələri açılacaq, biz də gəlib burda tədrislə məşğul olacaq, dərslər verəcəyik. Səbirsizliklə Ağdamın bərpa olunacağı günü gözləyirəm. Məhz ondan sonra Qarabağ səsləri yenidən dünyaya səs salacaq”.
Qeyd edık ki, bu gün bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri təşkil olunub.