• 8 Dekabr 2021
logo
Bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri təşkil olunub

Bir qrup Ağdam sakininin Ağdam rayonuna səfəri təşkil olunub - YENİLƏNİB

Ağdam rayonunun bir qrup sakininin Ağdam rayonuna səfəri təşkil olunub.
APA-nın əməkdaşı xəbər verir ki, səfər Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin xətti ilə təşkil edilib.
Bir qrup Ağdam sakini və rayon ictimaiyyəti nümayəndələrinin rayonun müxtəlif yerlərinə baş çəkməsi, işğal müddətində erməni faşistləri tərəfindən dağıdılmış yurd yerlərini ziyarət etməsi nəzərdə tutulur.
***
saat 11.11

“Bu gün bir qrup Ağdam sakini ilk dəfə olaraq şəhərə səfər edirlər!”.
Bunu “Tvitter”də paylaşımında Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
“Yolumuz Ağdama”, - deyə E. Hüseynov qeyd edib.