• 13 İyul 2025
logo
Nazirlik: Bu il MİQ üzrə müsabiqədə rekord sayda iştirakçı olub

Nazirlik: Bu il MİQ üzrə müsabiqədə rekord sayda iştirakçı olub

“Bu il MİQ üzrə müsabiqədə rekord sayda iştirakçı olub”.
Bunu İnsan Resursları Mərkəzinin direktoru vəzifəsini icra edən Nurlan İsmayılbəyli müəllimlərin işə qəbulu müsabiqəsinin yekunları ilə bağlı çıxışında deyib.
O bildirib ki, müəllim olmaq istəyən şəxslərin sayı 62 242 nəfər olub: “Onlardan 59 153 namizədə test imtahanında iştirak imkanı yaradıldı. Bu da rekord rəqəm idi. Yekunda test imtahanına 46930 namizəd iştirak etdi. 12 mindən artıq namizəd ərizəsini təsdiq etsə də, test imtahanına gəlməyib”.