• 12 İyul 2025
logo
Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötüb

Azərbaycanda COVID-19 əleyhinə vurulan peyvəndlərin ümumi sayı 7 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98494 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60167, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38327 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 2770082 təşkil edir.