• 8 Dekabr 2021
logo
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.