• 22 Yanvar 2022
logo
BQXK: "Gələn yayın ortalarına qədər bütün itkin ailələrindən nümunələrin götürülməsi tamamlanacaq"

BQXK: "Gələn yayın ortalarına qədər bütün itkin ailələrindən nümunələrin götürülməsi tamamlanacaq"

Azərbaycanda Qızıl Xaç cəmiyyətinin yaradılmasının 30 illiyini qeyd edəcəyik”.
Bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəsi Aiane Bauer deyib.
O bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanda Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə işləyir: “İllərdir biz itkin düşən insanların ailələrindən nümunələr götürürük. Bu, pandemiyaya görə bir az ləngidi. Gələn il yayın ortalarına qədər biz bütün itkin düşən insanların ailələrindən nümunələrin götürülməsi işini tamamlayacağıq”.
A. Bauer qeyd edib ki, nümunələr götürməklə iş yekunlaşmır: “Götürülən nümunələrin məzarlıqlarda dəqiqləşdirilməsi üçün texnologiyalardan istifadə edilməlidir. Texnologiyanın satın alınması daha rahatdır, amma onun işlədilməsi üçün vaxt lazımdır. Azərbaycanla həmin təşkilatlar arasında əlaqələrin qurulması istiqamətində də işlər görürük. Məqsəd itkin talelərin müəyyən edilməsi üçün kömək etməkdir. Biz ölənlərin nəşinin müəyyən edilməsi, sağ qalanların geri qaytarılması istiqamətində işlər görürük”.